QHT sədri Beynəlxalq Liderlər Konfransında iştirak edib – Fotolar

131

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseyonov və təşkilatın nümayəndə heyəti Belçikanın Brüssel şəhərində Beynəlxalq Liderlər Konfransında iştirak edib.

Sosialmedia.az xəbər verir ki, 16-19 iyun tarixində keçirilən konfrans özündə 40-dan çox Avropa ölkələrinin Pasient Təşkilatlarını birləşdirən Avropa Hemofiliya Konsorsiumu tərəfindən keçirilib.

Konfransda qanın laxtalanma pozğunluğu ilə olan xəstəliklərin müalicəsində elmin son nailiyyətləri haqda dünya şöhrətli alimlər tərəfindən ətraflı məlumat verilib.

Beləliklə Hemofiliya A və Hemofiliya B xəstəliklərin müalicəsində yeni uzun müddətli qanın laxtalandırıcı faktor preparatları ilə müalicənin tətbiqi, gen terapiyası və ən əsası həkim və pasient münasibətlərinin vacibliyi bildirilib.

Keyfiyyətli müalicənin tətbiq edilməsi üçün həkimin pasientə doğmalıqla yanaşması və pasientin özü ilə müalicənin gedişatında məsləhət edilməsinin mütləqliyi vurğulandı. Yeni dünyada pasient təşkilatlarının səhiyyə qurumları ilə sıx əməkdaşlığının vacibliyi xüsusən bildirildi.
Bundan başqa laxtalanma pozğunluğundan əziyyət çəkən qadınların müalicəsinin və psixoloji durumlarının diqqət mərkəzində saxlanılması haqda geniş sessiyalar keçirilib.