Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə olub

335

Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə olub.

Sosialmedia.az xəbər verir ki, hadisə ötən gün pambıq yığımı zamanı baş verib.

15 pambıqçı zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hamısının Beyləqan sakinləri olduğu deyilir.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, müraciət edənlərə həkimlər tərəfindən ilkin yardım göstərilib:

“Zəruri müayinələr aparılıb. Zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Beyləqanda qeydə alınan faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.