ABŞ ən böyük rəqibi Rusiyanı Ukraynada zəiflətmək istəyir

3749

Rusiya Ukrayna müharibəsi ilə bağlı bölgədə ciddi proseslər gedir. Xüsusilə də Qərbin bölgədəki marağı müharibənin dayandırılmasının qarşısını alır. Müharibənin ilk vaxtlarında Ukrayna və Rusiya nümayəndələri bir neçə görüş keçirdi və sülhlə bağlı hər iki tərəf şərtlərini çatdırdı. Amma sonradan, konkret desək may ayının 19-dan etibarən danışıqlar prosesinin bitdiyi rəsmən elan olundu.
Danışıqların faktiki olaraq dayandırıldığını may ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Ukrayna prezidenti aparatının rəhbəri Mixail Podolyak elan etdi.

“”Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb”, – Rudenko “Valday” Diskussiya Klubunun konfransında belə dedi və qeyd etdi ki, “heç bir formada” danışıq aparılmır”.
“Ukrayna və Rusiya Federasiyası arasındakı danışıqlar prosesi dayandırılıb. Amma proses bərpa olunacaq”-bunu isə Ukrayna prezidenti aparatının rəhbəri Mixail Podolyak deyib.

Göründüyü kimi, əslində hər iki tərəf danışıqların bərpasını və müharibənin bitməsini istəyir. Bəs niyə müharibə bitmir?
Beynəlxalq analitiklər hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsində Qərbin, birbaşa ABŞ-ın marağı var. Yəni ABŞ, geopolitik rəqibi olan Rusiyanın zəiflətmək məqsədiylə Ukrayna müharibəsinin sülhlə həll edilməsinin tərəfdarı deyil. Bunun bariz nümunəsi isə Böyük Britaniyanın baş naziri Baris Consonun Ukraynaya səfərindən sonra verdiyi açıqlamada gizlənib.
“Rusiya ilə Ukrayna arasında uzunmüddətli müharibəyə hazır olun”-deyə, B.Consonun bəyanatnda belə qeyd olunur.
ABŞ-ın məqsədi ən böyük rəqibi olan Rusiyanı zəiflətməkdir. Dünyanın hegemon gücləri arasındakı savaşda ABŞ Ukrayna kartından istifadə edir.

Danışıqlar prosesində əslində hər şey normal olaraq davam edir. Prosesin gedişatına nəzər saldıqda, danışıqları pozan üçüncü bir tərəfin olduğu açıq şəkildə görünür.

Xatırladaq ki, Moskvayla Kiyev arasında danışıqlar prosesi fevralın sonunda – müharibənin başlamasından cəmi bir neçə gün sonra başladı. Nümayəndə heyətləri ilk dəfə fevralın 28-də Belarus sərhəddində görüşdü. Mart ayında bir neçə görüş baş tutdu, martın 10-da isə Antalyada Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba bir araya gəldi.

Tərəflər sonuncu dəfə martın 29-da İstanbulda masa arxasına oturdular. Sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyaya sülh sazişiylə bağlı yazılı təkliflər təqdim edib. Bu təkliflər arasında Ukraynanın təhlükəsizliyinə beynəlxalq təminat müqabilində onun üçün neytral və qeyri-nüvə ölkəsi statusu müəyyənləşdirmək ideyası da olub.

Ukrayna tərəfi də Rusiya nümayəndə heyətinin rəhbərinin bu açıqlamasını təsdiqlədi. Amma sonradan bu proses birdən-birdən dayandı. Əvəzində ABŞ tərəfi Ukrayna yeni silah trasferini açıqladı. Uzaqmənzilli “Himmers” raketləri, hərbi gəmiləri vurmaq üçün “Harpoon” raketlərini və digər silah yardımı edəcəyini bəyan edən ABŞ müharibəni yenidən alovlandırdı. Bu da danışıqlar prosesini tamamilə bitirdi və nəticədə Rusiyanı zəiflətmə prosesində ABŞ növbəti addımını atmış oldu.

Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsində ABŞ özünü qalib tərəf kimi görür. Belə ki, ABŞ və Qərb Ukrayna savaşında özünün bir çox strateji hədəflərinə çatmağa nail oldu. Xüsusilə də, ABŞ hazırda mövcud olan savaş nəticələrindən ciddi mənada məmnundur. Çünki Ağ Ev ABŞ-ın iki əsas beynəlxalq düşmənindən biri hesab etdiyi Rusiyanı “savaş bataqlığı”na çəkməyi bacardı. İndi ABŞ-ın yeni hədəfi Rusiyanı “savaş bataqlığı”nda mümkün qədər uzun müddət tutaraq, öz düşmənini daha da zəiflətməkdən ibarətdir.