Biləsuvar rayonunda toyda dava baş verib

249

Biləsuvar rayonunda toyda dava baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, toyda iştirak edən qonaqlar arasında yaranan mübahisə dava ilə nəticələnib.

Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri – 1984-cü il təvəllüdlü Əli Rafiq oğlu Əliyev və 1977-ci il təvəllüdlü Anar Vidadi oğlu Məmmədov arasında dava olub.

Dava zamanı iki şəxsin şadlıq sarayının pəncərəsinə çırpılması, pəncərənin qırılmasına və onların pəncərədən yerə yıxılmasına səbəb olub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.