Fəzail Ağamalı : Nə qədər böhtan olar ?!

197

Deputatlar xalqın xeyrinə danışanda da tənqid edilir – səbəb nədir?

Fəzail Ağamalı: “O dairələrin xoşuna gəlməyən sözlər deyəndə birdən-birə 15-20 sayt sənin üzərinə gəlir”

“Təəssüf ki, Azərbaycanda deputata münasibət arzuolunan səviyyədə deyil, deputatdan gözləntilər isə ona qanunun verdiyi səlahiyyətlərdən daha çoxdur”

Azərbaycanda deputatlar hətta xalqın xeyrinə də danışanda sosial şəbəkələrdə və saytlarda əksəriyyət bunu ironiya, tənqidlə qarşılayır. Əvvəllər deputat Aqil Abbasın belə açıqlamaları olanda da, sonuncu olaraq Fəzail Ağamalı “mövsümi meyvələr, gilas bahadır, mən də ala bilmirəm” deyəndə də bunu müşahidə etdik. Əslində meyvə bahalığı məsələsində Fəzail Ağamalı xalqın problemini səsləndirib, sosial mediada isə onu lağ-lağı, tənqid obyektinə çevirdilər.

Bəs bunun səbəbi nədir? Qaldırılan məsələnin mahiyyətin kənara qoyulub məhz deputatların linç edilməsi nədən qaynqalanır?
Bu suallarla elə deputat Fəzail Ağamalıya müraciət etdik.

Fəzail Ağamalı Musavat.com-a bildirdi ki, belə bir mənzərənin ortaya çıxmasınıda bir sıra elementlər rol oynayır. Hər bir halda bu, narahatlıq doğuran vəziyyətdir və xoşagələn deyil: “Təəssüf ki, Azərbaycanda deputata münasibət arzuolunan səviyyədə deyil, deputatdan gözləntilər isə ona qanunun verdiyi səlahiyyətlərdən daha çoxdur. Müxtəlif ölkələrdə deputata olan münasibətlə Azərbaycanda deputata olan münasibəti müqayisədə edəndə təəsssüf keçirirəm. Sanki insanların üzlədşdikləri bütün problemlərin səbəbkarı deputatdır. Halbuki, Azərbaycanda deputatlar öz bacardıqları və imkan daxilində xalqına, dövlətçiliyə xidmət göstərirlər. Onların fəaliyyətində xalqımızın, dövlətimizin inkişafı, maraqları əleyhinə fəaliyyətin şahidi deyiləm. 1990-cı illərdə parlamentdəki radikal müxalifət deputatları ilə indiki parlamentdəki müxalifətin mövqeyində də konstruktivlik baxımından fərq var. Deputatlar yerlərdən, seçicilərdən gələn informasiyalar əsasında hansısa sahələrdə nöqsanları dilə gətirməldirilər və gətirirlər. Nöqsanların deyilməsindən düzgün nəticə çıxarmaq əvəzinə, hansısa məmurlar özünün korporprativ maraqları çərçivəsində başqa cür yanaşmalar ortaya qoyur. Halbuki, deputatların məmurlara qərəzli münasibəti yoxdur. Ola bilsin ki, hansısa deputat fikrini biraz yumşaq, hansısa biraz sərt deyir. Ancaq bəzi məmurlar buna çox kəskin reaksiya verirlər və tənqidi qəbul etmək istəmirlər. Həmin məmurların təsiri altında olna media orqanları, sosial şəbəkədə insanlar var. Deputatlara qarşı hücumların səbəblərindən biri budur. Yəni bu baş verənlərdə bu amil nəzərə alınmalıdır. Daha bir səbəb isə sosial şəbəkələrdə olan bəzi insanların intellektual səviyyəsinin aşağı olması, başladılan anti-təbliğatın təsiri altına düşməsidir. Ona görə də belə insanlar məsələnin, deputatın səsləndirdiyi fikrin mahiyyətini kənara qoyurlar və daxillərində olan bütün kin-küdurəti sosial şəbəkəyə tökür”.

F.Ağamalı qeyd etdi ki, daha çox təəssüf doğuran məsələ bir sıra elektron KİV-lərin mövqeyidr: “Bu saytların bəziləri müəyyən dairələrə bağlıdırlar. O dairələrin xoşuna gəlməyən sözlər deyəndə, bir problemi qaldıranda birdən-birə 15-20 sayt sənin üzərinə gəlir. Necə ki, mən vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında pensiya məsələsini, qazilərin məsələrini qaldıranda birdə-birə 15-20 sayt üzərimə gəldi”.

F.Ağamalı bəyan etdi ki, əhalini narahat edən problemi jurnalistin verdiyi suala cavab olaraq dilə gətirib. Ancaq məsələnin mahiyyəti kənara qoyulub və ona qarşı dəfələrlə yazılan faktsız iddialar gündəmə daşınıb: “Heç bir sübuta, fakta əsaslanmayan uydurmalar yazdılar. Nə qədər demək olar ki, Fəzail Ağamalının boru zavodu yoxdur, Ukrayna ilə heç bir bağlılığı yoxdur. Fəzail Ağamalının və övladının evi olduğunu, maşınları olduğunu yazırlar. Bizim yaşamağa evimiz olmamalıdır?! Məgər bu ölkədə eyni və oxşar nömrəli bütün avtomobillər Fəzail Ağamalınındır? Bax bu qədər gülünc söz-söhbətlər ortaya atıldı.

Mən ömrümün 20 ildən çoxunu Ramiz Mehdyevin başçılıq etdiyi 5-ci kolona qarşı mübarizəyə həsr etmişəm. Məni Ramiz Mehdiyevin adamı olmaqda ittiham edirlər. Mən Ramiz Mehdiyevlə vaxtıilə yaxın olmuşam. Amma sonra o, prezident olmaq istəyəndə ona qarşı çıxmışam.

Məni vaxtı ilə Əbülfəz Elçibəy hökumətində olub, Heydər Əliyevə işləməkdə suçlayıralr. Mən Heydər Əliyevi həmişə dəstəkləmişəm, onun Azərbaycanın nicat yolu olduğunu Elçibəy hakimiyyəti zamanında da açıq dilə gətirmişəm. Bunu nə zaman danmışam ki? Mən Elçibəyin dövründə vəzifədə olanda da Ulu öndər Heydər Əliyevi açıq müdafiə etmişəm. Heydər Əliyevin Bakıya dəvət edilməsinin vacibliyi məsələsini qaldırmışam. Həmişə Heydər Əliyev siyasətinə xidmət etmişəm. Bundan da şərəf duyuram. Əslində Elçibəy hakimiyyətinin ölkənin ən ağır durumunda Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməsi ən düzgün addım idi”.

F.Ağamalı onu da vurğuladı ki, deputatların çağırış və tənqidlərindən müəyyən hökumət qurumlarının nəticə çıxarmağa başladığı da sezilir: “Məsələn, mətbuatda oxuyuruq ki, bəzi nazirliklərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları, yüksək vəzifəli şəxsləri yerlərdə əhali ilə görüşlər keçirirlər, problemlər yerlərdə birbaşa insanların özünün dilindən dinlənilir. Nazir müavini Anar Kərimov yerlərdə camaatla görüşür. Biz də bu cür addımların atılmasının vacibliyini deyirdik. Deyirik ki, əhali ilə işləyin, pusquda dayanıb ölkədə problemlər yaratmq istəyənlərə imkan yaratmayın. Bizim tənqid və çağırışlarımız ölkəmiz və xalqımız naminədir. Buna görə məni, Aqil Abbasl, Fazil Mustafanı, Qüdrət Həsənquliyevi sosial mediada və saytlarda linç etdirmək problemin həlli yolu ola bilməz.

Mən yeni mövsüm meyvələrin bahalığı barədə suala cavab vermişdim ki, bəli bahadır və insanların imkanı çatmır bunu almağa. Mövsümi meyvələrin baha olmasına görə dövləti ittiham etmək düzgün deyil. Möhtəkirlər var və onlara qarşı tədbirlər görülməlidir. Mənim sözümü başqa istiqamətə yönəltdilər. Ancaq məsələnin mahiyyətini dərk edən düzgün yanaşan jurnalistlər, media orqanları da oldu. Onlara təşəkkür edirəm”.