Türkiyədən İrəvana Zəngəzur xəbərdarlığı

156

Türkiyə Qərb və Şərq arasında Orta Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycan və Qazaxıstanla birgə addımlara hazırdır.

Sosialmedia.az xəbər verir ki, bunu bazar ertəsi Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünün yekunları üzrə çıxışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ankara Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirən Zəngəzur dəhlizinin açılması ideyasını da dəstəkləyir.

“Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Azərbaycanın qərb rayonları ilə əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasını gözləyirik”, – türkiyəli nazir bildirib.