ATV rəhbərindən Mirşahinə cavab – “Söyüldükcə baxılır”

165

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindğn sonra feysbuk səhifəsində ona cavab verib.

Sosialmedia.az xəbər verir ki, o, rəhbəri olduğu kanalında Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu adlandırıb:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Qeyd edək ki, Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək “İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.