Nazirliyin Aparat rəhbəri Şabran rayonunda vətəndaşları qəbul edib

867

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev Şabran rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Onların sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.