Sosialmedia.az xəbər verir ki, Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın iştirakçıları təlimlərin yekunu olaraq online imtahanda iştirak ediblər.
İmtahan prosesində onlar 3 gün ərzində təlimlərdən əldə etdikləri bilikləri sınaqdan keçiriblər.
İmtahan bitdikdən sonra online olaraq yekun cavablar iştirakçıların mobil telefonlarına göndərilib.