Rəsmi: Xırdalanda güclü partlayış oldu – Video

186

Xırdalanda yaşayış binasında güclü partlayış olub.

Sosialmedia.az xəbər verir ki, hadisənin qaz sızmasından baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

***

“112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.