Azərbaycan Ordusunun əsgəri həlak oldu

188

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb.