Babək Əliyevə şəhid statusu veriləcək

209

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevə şəhid statusu veriləcək.

Sosialmedia.az Axar.az-a istinadən məlumatına görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq.

Qeyd edək ki, hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.