Əli Əsədovdan Qarabağla bağlı – Sərəncam

98

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sənədə əsasən, İşçi Qrup aşağıdakı tərkibdə yaradılıb:

İşçi Qrupun rəhbəri

Energetika naziri

İşçi Qrupun üzvləri:

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Fövqəladə hallar nazirinin müavini

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin

sədr müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Dövlət Neft Şirkətinin vitse-prezidenti

Sərəncamla Energetika Nazirliyinə tapşırılıb ki, İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etsin.