Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuzun nəşi ailəsinə təhvil verilib

148

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan hərbi qulluqçumuz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib.

Sosialmedia.az xəbər verir ki, şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.