Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

83

Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

R.Lamamra və C.Bayramov görüşdən sonra birgə brifinq keçirəcək