“Azəristiliktəchizat”ın iki vəzifəli şəxsi işdən çıxarıldı

125

Azəristiliktəchizat ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Sosialmedia.az bildirir ki, bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.