Baş nazirdən ƏƏSMN-lə bağlı – Qərar

928

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiyanın üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə əlavə edilib.