Rusiyadan Laçın dəhlizi ilə bağlı açıqlama

164

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.

“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o deyib.

İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.