Ankara İrəvanı “daha münasib hala” gətirmək üçün…

144

Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqların 5-ci raundu bu ilin sentyabrına planlaşdırılıb. Bu mərhələ iki ölkə arasında etimad mexanizminin yaradılması gətirib çıxara bilər.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyal ekspert Stanislav Pritçin deyib.

O bildirib ki, regional sülh və sabitlik olması üçün Ankara və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistanın birgə bəyannaməsinə riayət olunması vacibdir:

“Türkiyə Azərbaycanın müttəfiqi kimi Ermənistan istiqamətində bütün səylərini mümkün qədər onunla əlaqələndirməyə çalışır. Bu, Ermənistana əlavə təzyiq vasitəsi kimi, o cümlədən Ermənistanı Azərbaycanla dialoq kontekstində daha münasib hala gətirmək üçün istifadə olunur. Ancaq bu, həmişə gözlənilən effekti vermir. Qarabağdakı son hadisələr də vəziyyətin bəzən əks istiqamətdə inkişaf edə biləcəyini göstərdi”.