Bakıda məktəblilərə həb verilib? – Rəsmi

231

Tanınmış bloger Nail Kəmərli Bakının Biləcəri rayonu ərazisində narkomanlarla bağlı süjet hazırlayıb. Süjetdə yerli sakinlərdən biri iddia edir ki, paytaxtda 300 nömrəli məktəbdə kimsə uşaqlara həb verib. Daha sonra sakinlər toplanaraq həmin şəxsi döyərək cəzalandırıblar.

Sosialmedia.az bildirir ki, Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, qeyd olunan məktəbdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

“Həmin məsələ ilə əlaqəli tərəfimizdən müvafiq yoxlama aparılıb. İddiaların əsassız olduğu müəyyən edilib”, – məlumatda bildirilib.