QHT Koalisiyasının üzvləri nazir müavini ilə görüşüb

252

Vərəm Əleyhinə QHT Koalisiyasının nümayəndələri Azərbaycan Respublikası səhiyyə nazirinin müavini , Milli Vərəm Proqramının rəhbəri Nadir Zeynalov ilə görüşüb.

Sosialmedia.az xəbər verir ki, görüşdə nazir müavini Nadir Zeynalov səhiyyə sahəsində son dövrlər həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.

Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı koalisiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və uğurlarından danışıb.

Görüşündə Koalisiyaya üzv təşkilatlar olan QHT- lərlə haqqında məlumat verilib, ölkədə mövcud olan vərəmlə bağlı vəziyyət və vərəm sahəsində çalışan QHT- lərlə nazirliyin səmərəli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Koalisiya ilə əməkdaşlığa və vətəndaş cəmiyyəti təşkilatlarına verdiyi dəstəyə görə Nadir Zeynalova Koalisiya adından təltifnamə təqdim olunub.

Görüşdə Koalisiyanın üzvləri Samirə Muxtarova, Mətanət Qaraxanova və Cəsarət Hüseynzadə də iştirak edib.