Cebhe.info Xəbər Portalının və “Cümhuriyət” qəzetinin 7 yaşı olur

1596

Sosialmedia.az xəbər verir ki, bu gün Cebhe.info Xəbər Portalının yaranmasının, müstəqil media tarixində öz yeri olan “Cümhuriyət” qəzetinin nəşrini yenidən bərpa etməsinin 7-cı ili tamam olur.

Bu barədə Cebhe.info xəbərlər portalının rəhbəri Rafael Becanov bildirib. O, qeyd edir ki, 7 il az hesab edənlər üçün az, çox hesab edənlər üçün çoxdur. Böyük zaman olmasa da, kiçik də deyil.

İndi 7 il əvvələ baxanda göz önünə qaçqov anlarımız, çalışmalarımız, gecə-gündüzün bəzən unudulması kimi unutmayacağımız anlar gəlir…Bu illər ərzində “Öncə Vətən, öncə dövlət” deyə düşündük və yürüdük…
Media quruluşu olaraq, hədəfimiz Azərbaycana xidmət oldu. Bütöv, böyük, azad və firavan Azərbaycan üçün gecəni gündüzə qatdıq və davam edirik. …

Qarabağı arzuladıq, Şuşa həsrətində göynədik. Laçını, Kəlbəcəri, Ağdamı, bütün işğal altında olan torpaqlarımızı azad görmək istədik. Hamısı çin oldu. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyində 44 günə 30 illik acını ömrümüzdən sildi. Media olaraq bu zəfərdən yazmaq bəxtimizə düşdü. İllərlə işğalından, işğal tarixindən yazdığmız yerlərdən indi reportajlar veririk…

Nə şanslıymışıq, İlahi!
Bu gün media məkanında Cebhe.info-nun, “Cümhuriyət”in, Cebhe TV-nin öz auditoriyası var. Buna görə ilk növbədə oxucularımıza, abunəçilərimizə, izləyicilərimizə minnətdarıq.

Bizi seçirlər, oxuyurlar, izləyirlər…Bu, uğurdur!
Bu uğura görə isə kollktivimizə minnətdarıq. Dünən bir yerdə olduqlarımızla, bu gün bir yerdə addımladıqlarımızla uğuru birgə qazanmşıq. Hər bir kəsin əməyi var. Hər bir kəs nə mümkünsə edib. Bu uğur hamımızındır!
Bu illər ərzində bizi dəstəkləyən dostlarımız oldu.

Çətin günlərimizdə bizə dəstək oldular. Sıxıntımızı, çətinliyimizi qarşılamaq, oxucuların görüşünə gecikməmək üçün bütün türlü dəstəklərini göstərdilər. Düaçıyıq!
İlk gündən azad media prinsipləri çərçivəsində fəaliyyətimizi davam etdiririk. Operativliyimizi, dəqiqliyimizi və ən əsası da peşə etiksını qorumaq vazkeçilməz prinsipimizdir.
Təməl prinsiplərimizə əbədi sadiqliyimiz var. Dəyişməyən hədəfimiz Vətənə, millətə, dövlətə xidmət, milli maraqlar…

Bütöv Azərbaycan amalımızdır, alın yazımızdır və bu yolda varıq…

Biz də Sosialmedia.az saytı olaraq, Cebhe.info Xəbər Portalının yaranmasının, “Cümhuriyət” qəzetinin nəşrini yenidən bərpa etməsinin 7-cı ili tamam olması münasibəti ilə başda Rafael Becanov olmaqla,bütün kollektivi təbrik edirik. Onlara fəaliyyətlərində uğurlar arzulayırıq.