QHT Agentliyinin dəstəyi ilə Sumqayıt məktəblərində antinarkomaniya tədbirləri təşkil ediləcək

210

“Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “ Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsinin icrasına başlayır.

Bu barədə Sosialmedia.az-a birliyin sədri Emil Maqalov məlumat verilib. Layihənin əsas məqsədi: – Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığının artırılması və bu barədə onların maarifləndirməsidir. Layihənin ümumlik də Sumqayıt şəhərində 3 ay müddətin də 9 məktəb də icra olunması nəzərdə tutulub. Sumqayıt şəhərində yerləşən 9 orta məktəbin hər birində 1 maarifləndirici tədbir keçiriləcək, mövzu ilə bağlı 275 ədəd buklet hazırlanacaq və məktəbin yuxarı sinif şagirdlərinə paylanılacaqdır. Layihənin icrası yeniyetmələr arasında zərərli vərdişlərdən uzaq olmaq, onları bu bəlaya düçar olmaması üçün aparılan təbliğat kampaniyasıdır. Layihəmizin mütamadi olaraq bütün məktəb və universitetlər də təşkil ediləcək deyə bildirib.

Qeyd edək ki, layihənin rəhbəri Vüsal Hüseynzadə, təlimçi isə narkomaniya üzrə ekspert Emil Maqalovdur.