Gənclər arasında ailə dəyərlərinin təbliği barədə maarifləndirici tədbirlər təşkil olunacaq

223

“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliğiistiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi gənclər arasında ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.

Bu barədə Sosialmedia.az-a ictimai birliyin mətbuat xidmətindən bildirilib.

Layihənin 3 ay müddətində Şamaxı, İsmayıllı, Qəbələ və Göyçay rayonlarını əhatə edəcək.