Sağlam ailə-Sağlam millət layihəsinin icrasına başlanıldı

229

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi, “Ailə məktəbi” çərçivəsində Sağlam Ailə-Sağlam Millət” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant musabiqəsinin qalibi olmuşdur.

Sosialmedia.az Birliyin mətbuat xidmətindən bildirilir ki, layihənin məqsədi ölkəmizdə boşanmaların qarşısını qisməndə olsa almaq, millətin gələcəyi olan uşaq və gənclərin sağlam mühitdə böyümələrinə sağlam ailə modelimizin möhkəmləndirilməsinə və xöşbəxt ailələrin çoxalmasına dəstək verməkdir.

Bunun üçün birlik  gənclərin maarifləndirilməsini məqsədə uyğun hesab etmiş və “Ailə məktəbi” çərçivəsində “Sağlam Ailə-Sağlam Millət” layihəsinin icrasını öhtəsinə götürmüşdür.

Layihə çərçivəsində gənclərlə daha sağlam mühitdə işləmək üçün ölkəmizin cənnət güşələrindən birinə maarifləndirici və əyləndirici tur təşkil ediləcəkdir. Burada təlim, qidalanma, iki dəfə çay süfrəsi, nəfəs idmanı və psixoloji oyunlar keçirilməsi nəzərdə tutulmuşdur.  

Təlimlər iki ayrı qrupla 17 və 24 sentyabr tarixlərində keçiriləcəkdir.

Layihənin yekununda layihəsinin nəticələri və “Ailə məktəbi”nə bütün gənclərin cəlb edilməsinin əhəmiyyətinin müzakirəsi məqsədilə mütəxəsislərin iştirakı ilə dəyirmi masa keçiriləcək və layihə çərçivəsində hazırlanmış “Ailə məktəbinin əhəmiyyətini izah edən sosial çarx ictimaiyyətin diqqətinə təqdim ediləcəkdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ailə məktəbi” çərçivəsində Sağlam Ailə-Sağlam Millət” layihəsinin icrasına 01 sentyabr 2022-ci il tarixində start verilmişdir.