“Sağlamlığa Xidmət” IB “Vərəmin erkən aşkarlanmasına dəstək” layihəsinə başlayıb

334

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 07 sentyabr 2022-ci il tarixindən “Vərəmin erkən aşkarlanmasına dəstək” adlı lahihəsinin icrasına başlayıb.

Sosialmedia.az xəbər verir ki, layihə 3 ay müddətində (07 sentyabr – 07 dekabr 2022- ci il) Hacıqabul, Bərdə, Ağdam rayonlarında (layihəyə töhvə olaraq Bakı şəhərində) icra olunacaq.
Layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan əhali qruplarını maarifləndirmək, vərəmin erkən aşkarlanması üçün şəxslərin (vərəm xəstələrinin, kontaktların, ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsinə cəlb etməkdən ibarətdir.

Layihə çərçivəsində tədbirin birinci hissəsində Hacıqabul rayon Mərkəzi Xəstəxananın vərəm kabinetində, Bərdə rayon Mərkəzi Xəstəxananın vərəm kabinetində, Ağdam rayonunun Quzanlı qəsəbəsinin vərəm kabinetində olan vərəm xəstələrinin, eləcədə kontaktların “ Vərəmin erkən aşkarlanmasına dəstək” layihəsi çərçivəsində vərəm, COVİD-19 ştamları, hepatit, İİV/QİÇS, cinsi yolla keçən infeksiyalar barəsində məlumatların verilməsi və mövzu ilə bağlı hazırlanacaq 220 ədəd bukletin tədbir iştirakçılarına paylanması nəzərdə tutulub. Tədbirin ikinci hissəsində Yaponiyanın “Fujifilm” şirkətinə məxsus süni intelektlə təhciz olunmuş “FDR X-air”, portativ rentgen aparatı vasitəsilə risk qrupuna aid olan insanların (vərəm xəstələri və onların kontaktlarının) ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstəriləcək.

Qeyd edim ki, “Sağlamlığa Xidmət” İctimai birliyi Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə portativ və süni intellekt üstünlüyünə malik rentgen qurğusunu satın almışdır. Ölkənin 10-dan çox rayon, şəhər və qəsəbələrində, o cümlədən ucqar kənd yerlərində əhali arasında ağciyərlərin rentgen müayinəsini həyata keçirmişdir.

Layihə bitdikdən sonra da, SXİB tərəfindən digər layihələrin icrası müddətində davamlı olaraq vərəmlə bağlı məlumatlandırma və vərəmin erkən aşkarlanması üçün vərəmə görə risk qrupuna aid şəxslərin( kontaktların) ağciyərlərinin rentgen müayinəsinin aparılması təşkil olunacaq.
Layihənin davamlığının təminatı üçün bir sıra planlar hazırlanmışdır. Layihənin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nəticələrdən əhalinin infeksion xəstəliklərlə bağlı məlimat səviyyəsini öyrənərək, layihəni gələcəkdə ölkənin digər regionlarında davam etdirilməsi nəzərə alınacaq.