YAŞAT-dan məktəbli şəhid övladlarına dəstək

206

“YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Sosialmedia.az bildirir ki, Fonddan Axar.az-a verilən məlumata görə, hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə olaraq 1-4-cü siniflər üçün şahmat dəsti, 5-8-ci siniflər üçün qlobus, 9-11-ci siniflər üçün “Puzzle” qutuya daxil edilib.

Respublikanın bütün ərazisi üzrə ümumilikdə 996 məktəbliyə hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Onlardan 558-i oğlan, 438 nəfəri isə qızdır.