Şəhid ailələrinə vergi güzəştləri tətbiq ediləcək

466

Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur.

Sosialmedia.az xəbər verir ki, bu, 2023-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Bundan başqa, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat azaldılması planlaşdırılır.