Əlilliyi olan xanımlar üçün təşkil olunan peşə kurslarına başlanıldı

1319

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili” layihəsinin icrasına başlayıb

Bu barədə Sosialmedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. 20.09.2022-ci il tarixində layihənin aşılış mərasimi təşkil olundu. Açılşda 10 nəfər əlilliyi olan xanımlar və təlimçilər iştirak etdi. Açılışda 2 aylıq keçiriləcək kurslar barədə geniş məlumat iştirakçılara verildi. Həftəlik cədvəl tərtib olunaraq, qrup şəkilində hər qrup 4 nəfər olmaqla həftədə 3 dəfə onlara dörd istiqamət üzrə (saç
düzümü,vizaj,dırnaq qaynağı və permanent qaş) fəaliyyət növü öyrədiləcək. Təliçmi stilist vizajist Xəyalə Əhmədova və dırnaq ustası Könül Abasova öz qrup üzvülərini müəyyənləşdirdi və hər biri ilə fərdi söhbətlər apardılar. Sonda qərara alındı. 22.09.2022-ci il tarixindən kurslara start veriləcək.

Qeyd edək ki, layihə 3 ay müddətində Sumqayıt şəhərində keçiriləcək.