İnsan alveri ilə mübarizə mövzusunu əhatə edən yeni layihənin təqdimatı keçirildi

209

Sumqayıt şəhərində 19 senytabr tarixində “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunur.

Layihənin təqdimat mərasimində gənc psixoloqlar, hüquqşunaslar, könüllülər iştirak etdilər.

Təqdimatı giriş sözü ilə layihə rəhbəri Zenfira Mustafayeva açaraq, transmilli cinayətlərdən biri kimi insan alveri ilə mübarizə beynəlxalq içtimaiyyətin diqqət mərkəzində olduğunu qeyd etdi. Zenfira Mustafayeva həmçinin, İnsan alverinə qarşı mübarizənin güclənməsi ilə bağlı ölkəmizdə son illərdə bir sıra mühüm tədbirlər həyata keçirildiyini və hal-hazırki layihənin icrasının əsas məqsədinin bu mübarizənin səmərəlliyini yüksəldilməsi olduğunu vurğuladı.

Zenfira xanım layihə çərçivəsində nəzərdə tutulmuş xidmətlər, layihə benefisiarları, layihənin əhatə edəcəyi çoğrafi ərazi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Layihənin rəhbəri həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışaraq bildirmişdir ki, layihə çərçivəsndə insan alveri, məcburi əmək mövzularını əhatə edən təlimlərin və dəirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.

Zenfira xanım layihə çərçivəsində risk qrupuna daxil olan ailələr üçün pulsuz hüquqi, psixoloji yardımlar göstərildiyini və bu yardımların digər regionlarda yaşayan vətəndaşlar üçün də əlçatımlı olması üçün Etimad telefonun da fəaliyyət göstərdiyini qeyd etdi.

Layihə rəhbəri mövzu barədə Dünya TV Telekanalında TV verlişlərin hazırlanıb nümayiş olunacağı və layihə çərçivəsində icra olunacaq digər xidmətlər barədə də geniş məlumat verdi.