QHT layihəsinin icrasına başlıyıb

80

“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili layihəsini həyata keçirir.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihə çərçivəsində müxtəlif əlilliyi olan (autizm, əqli gerilik, uşaq serebral iflici, nitqin və intelektin ləngiməsi və s.) uşaqların ilkin ehtiyacları (göz kontaktı,ünsiyyət, nitq və səslərin düzgün tələffüzü, fiziki məhdudiyyət, koordinasiya və əqli inkişafın ləngiməsi prosesi və s.) öyrənilmiş, bu problemlərin həlli üçün uyğun təlimlərin keçirilməsinə başlanılmışdır.

Aşkar olunmuş problemlər üzərində təlim strategiyası müəyyən olunmuş, yaş normativləri nəzərə alınmaqla hər uşağın inkişafı üçün ayrı-ayrılıqda təlimlər keçirilir.

Təlimlər bu sahə üzrə təcrübə toplamış təhsilli mütəxəssislər tərəfindən aparılır. Təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımı vəsaitlər alınmışdır.

Təlimlərə valideyinlər də cəlb olunmuşdur. Onlarla öz uşaqlarına erkən yardım etmək və onları müdafiə etmə bacarıqlarının artırılması üçün maarifləndirmə işi aparılır.

Uşaqlarının sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığı təmin olunması və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılması ilə əlaqədar tədbirlər görülür.