Şəhid jurnalistlər anıldı, prezidentə müraciət edildi

90

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə Dövlət Himninin oxunması və şəhid jurnalistlərin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sosialmedia.az xəbər verir ki, daha sonra Mətbuat Şurasının sədrinin birinci müavini Umud Rəhimoğlu Azərbaycan jurnalistlərinin ölkə Prezidenti İlham Əliyevə müraciətini səsləndirib.