Mikroavtobus qəzasında yaralananların son durumu AÇIQLANDI

166

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, – deyə qurumdan bildirilib.

10:52

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxın şəxs xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu ilə “QAZel” markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.