Paşinyan: Sülh sazişi bu sənəd əsasında imzalansın

181

Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruridir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Paşinyanın sözlərinə görə, bu sənəd MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında imzalanmalıdır:

“Ermənistan ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır”, – Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.