Prokurorluq avtomobil parkını YENİLƏYİB

283

“Büdcədən kənar vəsait hesabına uzun illərdən bəri prokurorluğun köhnəlmiş avtomobil parkı yenilənib”.

Sosiamedia.az xəbər verir ki, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov “Respublika” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Qeyd etməliyəm ki, tikinti-təmir işləri aparılarkən əvvəlki dövrlərdən fərqli olaraq işçilər üçün lüzumsuz böyük xidməti otaqlar əvəzinə, normal ofis şəraitinin qurulmasına, qənaət olunmuş sahələrin hesabına isə videokonfranslar, brifinqlərin keçirilməsi, komanda şəklində müzakirələrin aparılması və qonaqların qəbul edilməsinə imkan verən otaqların yaradılmasına üstünlük verilib”, – deyə Heydər Məmmədov əlavə edib.