“Azərbaycanda “qadın gündəliyi”nin hazırlanması ilə bağlı Bakıda fəaliyyət göstərən QHT-lərin I fokus qrup müzakirəsi keçirilib

158

Sosialmedia.az xəbər verir ki, “Azərbaycanda “qadın gündəliyi”nin hazırlanması ilə bağlı Bakıda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarının I fokus qrup müzakirəsi keçirilib. Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” layihəsi çərçivəsində “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən təşkil olunub.

Fokus qrup müzakirələrinə ilkin hesabatın nəticələrini təqdim edən araşdırma qrupunun rəhbəri, “İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçə məqsədini özündə əks etdirən “ Qadın gündəliyi”nin tətbiqi və hədəflərinin araşdırılması, Azərbaycanda “qadın gündəliyi və “ gender gündəliyi” arasındakı fərq və bunlarla bağlı ölkədə maarifləndirmənin aparılması, statusundan asılı olmayaraq hər kəs üçün bu terminin anlaşılması və prinsiplərinin hazırlanması məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib.

Vüsalə Hüseynli qeyd edib ki, layihə çərçivəsində qht-ləri və qadınları üçün keçirilən I fokus qrup müzakirəsi qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılaraq və təkliflərin müzakirəsini təşkil edilib.

İctimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, müstəqil ekspert Günel Səfərova, QHT rəhbərləri Məleykə Əlizadə, Mehriban Zeynalova, Əliməmməd Nuriyev, Cəsarət Hüseynzadə, Nailə İsmayılova, Xatirə Vəliyeva, Fariz Ələkbrov,Ziba Nağıyeva, Mətanət Əsgərqızı və Samirə Mustafayeva çıxış edərək hazırlanan araşdırma – hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıblar.
Çıxışlar və müzakirələrdə BMT-nin Baş Assambleyası tətəfindən 2016-cı ildə qəbul edilmiş “Qadın gündəliyi -2030” bəyəmnaməsindən irəli gələn bir sıra məqsədlər yerli vəziyyətlə müqayisə olunaraq, təkliflər irəli sürülüb. Eyni zamanda Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.

Müzakirələr zamanı eyni zamanda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də tövsiyələrdə yer alıb.

İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə alınmaqla tövsiyələr hazırlanaraq hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacağı qeyd edilib.