Sakinlər üfunətdən boğulur, qurum “gələcəkdə…” deyir

133

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Heydər Əliyev Fondunun inşa etdirdiyi “Tələbə yataqxanası” deyilən ərazidə yaşayan sakinlər kanalizasiya sisteminin olmamasından şikayətlənirlər.

Sosialmedia.az bildirir ki, Sakinlərin Axar.az-a verdiyi məlumata görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, hələ də kanalizasiya çəkilməyib.

“Əziyyət çəkirik. Dəfələrlə müraciət etsək də, nəticə yoxdur. Qəsəbədə üfunət, qoxu, iy, xəstəlik yayılır. Artıq burada normal yaşamaq qeyri-mümkümdür. Çox acınacaqlı vəziyyətdəyik”, – sakinlər bildirib.

Məsələ ilə bağlı saytımıza Azərsu ASC-dən bildirilib ki, problemdən xəbərdardırlar:

“Hazırda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi yoxdur. Lakin bizim “Master plan”da gələcəkdə orada kanalizasiya sisteminin yaradılması nəzərdə tutulub”.

Şirkətdən “gələcəkdə” deyəndə, hansı tarixin nəzərdə tutulduğu açıqlanmayıb