“Sosial Dayaq” əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya təşkil edir

225

“Sosial Dayaq” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirdiyi “Müxtəlif əlilliyi olan uşaqlar üçün sosial reabiltasiyanın təşkili” layihəsi davam edir.

Bu barədə Sosialmedia.az-a təşkilatın sədri Qərənfil Niftəliyeva məlumat verərək qeyd edib ki, layihədə əlilliyi olan uşaqlara qrup halında da təlimlər keçirilir. “Belə təlimlər uşaqların hərtərəfli inkişafına, inteqrasiyasına öz müsbət təsirini göstərir.

Uşaqlar birlikdə inkişafetdirici vəsaitlərdən istifadə edərək müxtəlif fiqurlar hazırlayır, müxtəlf oyunlar oynayırlar. Qrup halında təlimlər uşaqların ünsiyyət qurmalarına, bir uşağın başqasından öyrənməsinə, birlikdə çalışmalarına, düşünmə, davranma bacarıqlarının inkişafına səbəb olur. Layihədə əlilliyi olan uşaqların valideyinləri yaxından iştirak edirlər. Onlar evdə uşaqlarının maraqlarına uyğun məşğulluq uçun ımkanların yaradılması, uşaqlarla unsiyyət qurulması barədə məlumatlandırılırlar.”