ƏSMİD İctimai Birliyinin üzvüləri ilə Sumqayıt Reabilitasiya Mərkəzi görüş təşkil etdi

933

Sosialmedia.az xəbər verir ki, 13.10.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi , Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyinin bir qrup üzvü üçün mərkəzdə görüş təşkil olundu.

Görüşdə Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva təşkilat üzvülərini mərkəzin nəzdində yaradılan əlilliyi olan şəxslərin əl işlərindən ibarət olan emalatxana ilə,orada olan əl işləri ilə tanış etdi. Bildirdi ki, mərkəz də reabilitasiya kursu keçən əlilliyi olan şəxslər bu emalatxana da sənət öyrənə bilərlər və yaradıcı əlil şəxslərin əl işlərindən ibarət sərgi də yaxın aylarda təşkil olunacaq. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova bu cür görülən işləri yüksək qiymətləndirdi və bildirdi ki, bu yenilikdir və çox müsbət qarşılanır. Təşkilatın yaradıcı üzvülərini də bu emalatxanaya cəlb ediləcəyini vurğuladı. Sonra Sumqayıt Reabilitasiya Mərkəzinin şöbə müdiri ,həkimi Səbinə Nurullayeva təşkilat üzvüləri ilə söhbətlər apardı və onların reabilitasiya kursu keçməyə dəvət etdi.