QHT-dən çağırış: Ekoloji tələblərə ciddi əməl etməlıyik

203

“Ana Kür” İctimai Birliyinin Kür çayı sahilində keçirdiyi tədbir səmərəli oldu.

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsinin növbəti tədbiri Salyanda, Kür çayı sahilində yerləşən Kürkənd kəndində keçirilmişdir.Tədbirdə məktəb kollektivi ilə bərabər layihə komandası, rayon ictimaiyyətini təmsil edə qeyri- hökumət təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak etmişlər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və icra planına daxil olan fəaliyyət barədə məlumat vermişdir. Sonra məktəb direktoru Sitarə Tağıyeva Kürkənd kəndində, çay sahilində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəbdə ekoloji işin təşkili təcrübəsindən danışmışdır. Əməkdar müəllim, rayon ziyalılar ictimai birliyinin sədri Allahverdi Piriyev, rayon ağsaqqallar şurasının sərd müavini Məhəmməd Ağayev çıxış edərək dünyada baş verən ekoloji proseslərin qlobal nəticələrindən danışmış, respublikamızın ən böyük çayı olan “Kür”ün mövcud vəziyyəti barədə söz açmışlar.

Qeyd edilmişdir ki, çayın suyunun tərkibi nəinki Ümumdünya Səhiyyə Təşkilatının standartlarına, heç texniki tələblərə belə çavab vermir. Bu hər birimizi ciddi düşündürməlidir. Hər birimiz çayla təmasda ekoloji tələblərə ciddi əməl etməlıyik. Diskusiya şəraitində keçən tədbirdə məktəbin müəllimləri, ərazidə yaşayan sakinlər və yuxarı sinif şagirdləri də fəallıq göstərmişlər. Təkiliflər aidiyyatı təşkilatlara ünvnlamaq üçün qeydə alınmışdır. Çay süfrəsi ətrafında söhmət maqraqlı və məzmunlu olmuşdur.

İştirakçılar tədbir otağını yeni düşüncə ilə tərk etmişlər.Onlara layihənin press-relizi və digər maarifləndirici vasitələri də paylanılmışdır.