“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Göyçayda dəyirmi masa keçirib

282

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində 11.10.2022-ci il tarixində Göyçay rayonunda növbəti dəyirmi masa keçirdi.

Sosialmedia.az xəbər verir ki, 34 nəfər Göyçay rayon sakini və müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş dəyirmi masada məişət zorakılığına qarşı birlikdə mübarizə aparmaqla bağlı ictimai müzakirə oldu. İctimai müzakirədə giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova çıxış etdi. O, öz çıxışında layihə çərçivəsində növbəti dəyirmi masanın, həmçinin ictimaiyyəti narahat edən belə aktual mövzu ətrafında ictimai müzakirənin məhz Göyçay rayonunda təşkilinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və birliyimizə rayon rəhbərliyi adından təşəkkürünü bildirdi. Müzakirələr daha sonra layihə rəhbəri, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctmai Birliyinin sədri Nailə İsmayılova, layihə üzrə ekspert Samirə Mustafayeva və layihə üzrə hüquqşünas Fariz Əkbərovun mövzuyla bağlı məlumatlandırıcı çıxışları və iştirakçıların suallarına cavabları ilə davam etdi.

Dəyirma masa ətrafındakı qızğın müzakirələrdə əsasən gənclərin iştirakı onların mövzuya göstərdikləri yüksək həssaslıqdan xəbər verirdi.

Tədbirdə Göyçay RPŞ-nin əməkdaşı, həkim və müəllimlər də iştirak etdilər və gənclərə öz tövsiyyələrini verdilər. Çay süfrəsi arxasında mövzu ətrafında müzakirələr davam etdi.
Rayon sakinləri arasında keçirilən anonim sorğu zamanı, eyni zamanda aparılan monitorinq nəticələrinə görə məişət zorakılığına məruz qalan insanlar daha çox susmağa üstünlük verirlər. Belə ki, ailədaxili münaqişələrin ictimai qınağa səbəb olmaması üçün insanlar gizlilik yolunu seçərək heç bir müvafiq quruma müraciət etmirlər.

Birlikdən verilən məlumata görə layihənin icrasıyla bağlı növbəti dəyirmi masa Saatlı rayonunda həyata keçiriləcək.