Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” layihəsinin icrası davam edir

273

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi “Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihəsinin icrasına başlayıb.

Layihənin adından da göründüyü kimi məqsədimiz fiziki-məhdudiyyətli şəxslərin özlərinə qapanmalarının, evə təcrid olunmalarının qarşısını alaraq birbaşa idman ilə cəmiyyətə inteqrasiya etməkdir.

Əlilliyi olan şəxslər öncə tədbirimizə dəvət alacaqlar, nümayəndələr tərəfindən paralimpiya idman növləri ilə tanış olacaqlar. Tədbirlər 2 ay ərzində (oktyabr, noyabr) Bakı şəhərində təşkil olunacaq.

İlk olaraq 11 oktyabr tarixində Bakı Reabilitasiya Mərkəzində layihənin açılış mərasimi və maarifləndirmə tədbiri baş tutdu. Tədbirdə ictimai birliyin təsisçisi, sədri və nümayəndə heyəti, Milli Paralimpiya Komitəsinin nümayəndəsi, I və II Qarabağ müharibəsi qaziləri, fiziki-məhdudiyyətli şəxslər, paralimpiya idman növləri üzrə avropa və dünya çempionları iştirak etdilər. Növbəti tədbirimiz isə 28 oktyabr tarixində saat 14:00-da Respublika Reabilitasiya Mərkəzində həyata keçiriləcək.

Fiziki-məhdudiyyətli şəxslərin çoxluq təşkil etdiyi adı çəkilən mərkəzdə paralimpiya idman növlərinin müalicə almaqda olan qazilərimizə, əlillərimizə tanıtdırmaq və onları idmana cəlb etmək layihənin əsas məqsədidir. İdman cəmiyyətə inteqrasiya olmaq üçün ən sağlam yoldur! Bu ideyanın əlilliyi olan şəxslərə aşılamaq və onlarda idmana həvəs yaratmaq üçün sözü gedən layihə 4 mərhələli şəkildə həyata keçiriləcək.

Ünvan – Bakı şəhəri, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ( Zərifə Əliyeva adına göz klinikasının arxa tərəfi )

Ətraflı məlumat üçün əlaqə: +994 50 620 10 46
apuodnetwork@gmail.com

Tarix: 28 oktyabr 2022-ci il, saat 14:00