“Şanlı Vətənim Azərbaycan!” müsabiqəsi üçün məktəb xor kollektivlərinin məşqləri davam edir

245

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili”layihəsini həyata keçirir.Seçilmiş 3 orta məktəblərdə xor kollektivlərinin məşqləri davam edir.

Bu barədə Sosialmedia.az-a “Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. O, qeyd edir ki, təşkilatımız 18.10.2022-ci il Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsi üçün xor kollektivinin məşqi zamanı video və foto çəkilişi təşkil etdi.Məktəb xorunda 5-9-cu siniflərindən 15 şagird iştirak etdi.Xor kollektivi musiqi müəlliməsi Maya Yaradanquliyevanın bəstəsi olan Azərbaycanın Milli Qəhrəmanı,general-mayor Polad Həşimova həsr olunmuş mahnını ifa etdilər.

TNövbəti məşqimiz isə 19 oktyabr 2022-ci il Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb də baş tutdu.“Şanlı Vətənim Azərbaycan!” müsabiqəsi üçün xor kollektivinin məşqində iştirak etdik.Xor kollektivi musiqisi və sözləri Bəhram Nəsirova aid “Qarabağ” , musiqisi Cahangir Cahangirov,sözləri Rəfiq Zəkaya aid “Cənnətim Qarabağ” mahnılarını hazırlayıblar.Məktəb xorlarınin məşqləri davam edir deyə vurğuladı.
Qeyd edək ki, “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili”layihəsi oktyabr ayının sonuna kimi Sumqayıt şəhəri orta məktəblərdə davam edəcək.