Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi davam edir 

174

Diqqət! Sabunçu rayonu Maştağa qəsəbəsində «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir.

18 Oktyabr 2022-ci il tarixində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin mailiyə dəstəyi ilə  «Oriqami» Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi çərçivəsində  C.Cabbarlı adına 187 № li tam orta məktəbin 4 «e» sinfində təhsil alan 30 şagirdin iştirakı ilə rollu, süjetli, öyrədici, hərəkətli  oyun keçirilib.

 

Öyrədici oyun zamanı «Oriqami»  təşkilatı sərəncamında olan yol hərəkəti qaydalarının öyrənilməsi üçün  çoxfunksiyalı xüsusi avadanlıq dəstinin  vasitəsi ilə  yol  situasiyaları modeli qurmuşdu. Hərəkətli oyun prosesində məktəblilər yol nişanlarını tanıma və onlara əməl etmə, piyadaların  yolun səki hissəsindən istifadəsi qaydalarını, yol ayrıcından düzgün  istifadə etmə, nəqliyyatın hərəkət etdiyi yola çıxarkən diqqəti olma, piyadaların, yolu keçərkən, işıqfordan  düzgün istifadəsi kimi situasiyalarda aktivlik  və düzgün davranış nümayiş etdirmişlər.
Məktəbin 8-ci sinif şagirdlərindən   bir  qrupu Aslanzadə Sevinc, Quliyev Nihad, Rzayeva Nigar, Ələsgərov Əlyar  öyrədici oyun zamanı öz kiçik məktəbli dostlarına  nəqliyyatın keçdiyi  küçə, yol, dayanacaq və s. işıqforun tənzimləyici rolu, yol situasiyalarında  baş verə bilən hallar barədə izahlar vermiş, onlarla sual-cavab aparmış, rollu oyun keçirmişlər.              
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları A.Əsgərli, R.Əhmədli, Z.İsmayılov, Sabunçu rayonu Yol Polisinin əməkdaşları Y.Piriyev, E.Ağayev  yol hərəkəti qaydalarının öyrənilməsinə dair təşkil olunmuş  situativ, öyrədici, hərəkətli oyunda iştirak etmişlər. Polis mayoru A.Əsgərli  məktəblilərlə bir neçə yol situasiyası qurmuş və onlara bu hallar baş verdikdə düzgün davranış üsulunu izah etmiş, tövsiyyələrini bildirmişdir.
Layihə iştirakçısı olan  30 məktəblinin hər biri  öyrədici oyunun mərhələlərində fərdi aktivlik göstərmişlər.  Oyun şagirdlərin coşqun marağına səbəb olmuşdur, Zalda bu mənzərəni müşahidə edən valideynlər də övladlarının yolda təhlükəsizliyinə istiqamətlənmiş  layihədə iştirakından məmnunluq ifadə etmişlər.  
C.Cabbarlı adına 187  № li tam orta məktəbin direktoru  Gülnarə Məmmədova, Oriqami QHT-nin sədri, layihə rəhbəri Namiq Nəcəfov, Polis mayoru Araz Əsgərli və digər yol polisi əməkdaşları, eləcə də tədbirə dəvət olunmuş qazilər Xalıqov Ələsgər, Haşımov Əli, Xüdaverdiyev Əzim məktəbin 4 «e» sinif  şagirdinin hər birinə loqolu papaq, loqolu qısaqol köynək, « 4 Yol ayrıcı» oyun dəsti,  Hədiyyə çantası, rəsm albomu, qələm, dəftərçə, rəngli kağız və karton təqdim etmişlər.
Tədbirdə  aparılan video və foto çəkilişi zamanı bütün maraqlı məqamlar  qeydə alınmışdır. Məktəblilərdə böyük maraq doğurmuş «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir.