“Şanlı Vətənim Azərbaycan!” müsabiqəsi davam edir

224

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili”layihəsini həyata keçirir.Seçilmiş 3 orta məktəblərdə xor kollektivlərinin məşqləri davam edir.

Bu barədə Sosialmedia.az-a “Bizim şəhər” Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, layihə rəhbəri Mətanət Zeynalova məlumat verib.

O, qeyd edir ki, seçilmiş 3 orta məktəblərdə xor kollektivlərinin məşqləri başa çatdırıldı .Sonuncu məşqlər 21.10.2022-ci il tarixində Sumqayıt şəhər 36 nömrəli orta məktəbdə keçirildi. Xor kollektivinin məşqindən video və foto çəkilişi təşkil etdi.Məktəb xorunda 5-9-cu siniflərindən 15 şagird iştirak edir.Xor kollektivi musiqi müəlliməsi Ətirə Əliyevanın rəhbərliyi ilə musiqisi Oktay Rəcəbov, sözləri Adil Babayevə aid “Anam Azərbaycan” və musiqisi H.Abdullayevə sözləri İsmayıl Dadaşova aid “ Azərbaycan” mahnılarını hazırlayıblar.
Yekun tədbir isə 27.10.2022-ci il tarixində keçiriləcək deyə vurğulayıb.