“Şanlı Vətənim Azərbaycan ! “ müsabiqəsi keçirildi

200

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili”layihəsi çərçivəsində tədbir keçirildi.

Bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhəri 11 №-li ,36 №-li və 23 №-li tam orta məktəb xor kollektivləri müsabiqədə iştirak ediblər. Hər bir məktəb xorunda 5-9-cu siniflərindən 15 şagird,cəmi 45 məktəbli iştirak edib.

Tədbiri ilk təşkilatın sədri, layihəm rəhbəri Mətanət Zeynalova açaraq, iştirakçıları salamladı. Sonra bütün iştirakçılar Azərbaycan Respublikasının Himnini birlikdə oxudular.İlk 11№-li məktəb xor kollektivi çıxış etdi.Musiqisi və sözləri Bəhram Nəsirova aid “Qarabağ” və musiqisi Cahangir Cahangirova və sözləri Rəfiq Zəkaya aid “Cənnətim Qarabağ”mahnılarını təqdim etdilər.36 №-li məktəbin xor kollektivi musiqisi Oktay Rəcəbov və sözləri Adil Babayevə aid “Anam Azərbaycan!” və musiqisi H.Abdullayevə və sözləri İsmayıl Dadaşova aid “Azərbaycan” mahnılarını oxudular.

23 №-li tam orta məktəbin xor kollektivi general-mayor Polad Həşimova həsr olunmuş mahnı və “Xarı bülbül” mahnılarını təqdim etdilər.Hər iki mahnıların musiqisi və sözləri məktəbin musiqi müəlliməsi Maya Heydər qızına aiddir.Sonda müsabiqəyə yekun vuruldu. I yerə 23 №-li məktəbin xor kollektivi,II yerə 11 №-li məktəbin xor kollektivi ,III yerə isə 36 №-li məktəbin xor kollektivi layiq görüldü.Məktəblər Fəxri Fərmanla, bütün şagirdlər hədiyyələrlə təltif olundular.Məktəb xor kollektivlərini təşkil edən müəllimələr ;Afət Cavadova(11 №-li məktəb) ,Maya Yaradanquliyeva ( 23 №-li məktəb) və Ətirə Əliyeva ( 36 №-li məktəb) Fəxri Fərmanla təltif edildilər.