QHT Şahdağ milli parkına ekskursiya təşkil edəcək

295

“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Təşkilat 1 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Azərbaycan Təbiətinə Səyahət” layihəsinin icrasına başlamışdır.

Layihəninin əsas məqsədi orta məktəb şagirdlərindən ibarət, ümumilikdə 60 nəfər şagirdin 3 milli parka ekskursiyasını təşkil etməklə onların təbiətə adaptasiyasına dəstək olmaq, ekoloji bilgiləri möhkəmləndiməkdir.
Layihə 3 ay davam edəcək (01.09.2022-01.12.2022). Layihə çərçivəsində üç milli park müəyyən ediləcək (Abşeron, Şirvan, Şahdağ milli parkları) və bu milli parklara şagirdlərin ekskursiyası təşkil ediləcəkdir.
30.10.2022 il tarixində Şahdağ Milli Parkına ekskursiya təşkil ediləcəkdir.

“Səyyahlar” Təbii Sərvətlərin və
Ətraf Mühitin Araşdırılması və
Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov