QHT Koalisiyasına yeni üzv qəbul olunub

115

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasına üzv qəbul olunub.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının iclası keçirilib. Iclasda cari məsələlərə baxılıb. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun Koalisiyası üzvlük məsələsinə baxılıb və Assosiasiyaya müsbət cavab verilib.

Beləliklə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzv təşkilatların sayı 10-a çatıb:
1. “Sağlamlığa Xidmət” İctimai Birliyi
2. Azərbaycan Qızıl Aypara Cəmiyyəti
3. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi
4. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
5. “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi
6. İnkişaf və Rifah naminə İctimai Birliyi
7. Vərəmdən əziyyət çəkən şəxslərin icması
8. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi
9. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi
10. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası

Koalisiyanın sədri Elçin Muxtarlıdır. Koalisiya üzvləri vərəmlə xəstələnmə riski yüksək olan, müxtəlif həssas qrupların mənafeyindən çıxış edir, onlar maraqlarını müdafiə edir və onların rifahı üçün çalışır. Bu qruplara keçmiş məhkumlar, məhkumlar, vərəm xəstələri və onların ailə üzvləri, İİV-lə yaşayan şəxslər, Hepatit B və C virusuna yoluxmuş vərəmli şəxslər, miqrantlar, qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslər və onların ailə üzvləri, eşitmə və nitq məhdudiyyətli şəxslər, hemofiliyalı xəstələr və s. daxildir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək məqsədi ilə yaradılmışdır. Assosiasiya üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiq edir. Ölkədə hemofiliyalı və digər qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli mualicənin əlçatanlığının təmin edilməsi məqsədi ilə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir. Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyəti və üzvləri hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlardan və onların ailə üzvlərindən ibarətdir.