Sumqayıtda əlilliyi olan xanımlar üçün gözəllik salonu yaradılacaq

565

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan
Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il
tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşqulluqunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili”
layihəsinin icrasını davam etdirir.

Bu barədə Sosialmedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri,
layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və
qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata
inteqrasiyasına təkan verməkdir. 22.09.2022-ci il tarixindən əlilliyi olan xanımlar üçün peşə kursları ardıcıl olaraq
davam edir. Həftədə 2 dəfə olmaqla altı əlilliyi olan gənc xanım təliçmi stilist vizajist Xəyalə Əhmədovanın yanında
saç, düzümü, vizaj, permanentin sənətini , digər dörd xanım isə həftə də iki dəfə olmaqla, dırnaq ustası Könül
Abasovanın yanında dırnaq qaynağı sənətini öyrənirlər.

Layihədə iştirak edən on xanım artıq sənətin incəliklərini öyrənirlər və sərbəst işləməyə başlayıblar. Biz də öz növbəmizdə bu kurslara qatılan xanımları özünəməşqulluq proqramına qoşaraq onlar üçün lazımı avadanlıqların alnması üçün və gözəllik salonu açmaq üçün Dövlət Məşqulluq Agentliyi ilə danışıqlara başlamışıq. İnanıram ki, yaxın aylar da əlilliyi olan xanımlar üçün gözəllik salonu yarada biləcəyik deyə vurğulayıb.

Qeyd edək ki, layihə Sumqayıt şəhərində noyabr ayının son gününə kimi davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.