Sumqayıt şəhərində “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir

137

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Sumqayıt şəhərində Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad edilən ərazilərin məşğulluq və biznes potensialı: “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Xəyal Məmmədzadə və Sumqayıt şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. 2020-ci ilin sentyabr ayında başlayan, 44 günlük müharibədən sonra Azərbaycanın tarixi zəfəri ilə başa çatan II Qarabağ Savaşı nəticəsində 30 ildən çox Ermənistan silahlı birləşmələrinin işğalında olan Azərbaycan əraziləri azad edilib. Qarabağ zəfəri bütün istiqamətlərdə olduğu kimi məşğulluq və sosial təminat sahəsində yeni və strateji çağırışlar yaratmışdır.

Beləki, hazırda icrasına başlanılan sürətli bərpa prosesi qısa zaman zonra əhalinin həmin ərazilərə köçürüləcəyi ümidlərini artırır.

Daimi məskunlaşdırma prosesi nə qədər vaxt alacaq? Əmək bazarında əsasən hansı peşələrə tələb yaranacaq? Dövlətin bölgənin orta və uzunmüddətli inkişafnı necə görür və nələr planlaşdırılır? Özəl sektorun əraziyə daxil olması ilə bərpa prosesi paralellik təşkil edəcəkmi? bu və digər suallar cavablandırdı.

Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək, layihə haqqında geniş və ətraflı məlumat verdi. O, həmçinin qeyd etdi ki, Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir.

 19 iyul 2022-ci il tarixdən etibarən azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına “Böyük Qayıdış”ı başladı. İlk olaraq, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanması ilə “Böyük Qayıdış” prosesinə start verildi.

Həmin gündən etibarən hər birimiz mərhələli şəkildə insanlarımızın öz doğma yurdlarına qayıdışına şahidlik edirik. Hazırda Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Məşğulluq Alt Sistemindəki vakansiya bankında Ağdam, Şuşa, Cəbrayıl, Füzuli və Zəngilan rayonları üzrə aktiv vakansiya və iş imkanı mövcuddur.  İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər. Vətəndaşları bu imkanlardan yararlanmağa çağırdı.

Tədbirə dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Xəyal Məmmədzadə tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.